EN

Şir zooparkın sahibini PARÇALADI

Krımda şir “Tayqan” zooparkının sahibi Oleq Zubkovu parçalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

O, hazırda reanimasiyadadır, əməliyyat olunub. Həkimlər Oleq Zubkovun vəziyyətini stabilləşdirə biliblər

Şir Zubkovun nəfəs borusunu, boyun əzələlərini və döş sümüyünü parçalayıb.

Hadisə iyunun 22-də Zubkov aslanları qidalandırmaq üçün mühafizəyə gedən zaman baş verib.

Bu proses zamanı yırtıcı heyvanlardan biri qəfil ona hücum edib və boynunu ağır yaralayıb.

Zoopark işçiləri direktoru sürüyərək çıxarıblar və o, dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Zubkovun vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
13
interpress.az

1Sources