Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" portuqaliyalı futbolçu ilə anlaşıb.
Bizim.Media xəbər verir ki, "sarı-göylər" "Boavişta"nın mərkəz müdafiəçisi Pedro Qomeslə ortaq məxrəcə gəlib.
22 yaşlı stopper gəncəlilərə azad agent kimi qoşulacaq.
Qeyd edək ki, Qomeş 2024/25 mövsümündə "Boavişta"nın heyətində 21 oyuna çıxıb. Müdafiəçi karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media