EN

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb VİDEO

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri, professor Ramin Rzayev CBC televiziyasının qonağı olub.

"Unikal" xəbər verir ki, verilişdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Kahramanmaraş şəhərində açılan “Azərbaycan Məhəlləsi” barədə müzakirələr aparılıb. Qeyd olunub ki, sözügedən ölkələr siyasi, iqtisadi, enerji, nəqliyyat, hərbi və digər sahələrdə inamla və uğurla birgə irəliləyir. Həmçinin Şuşa Bəyannaməsinin iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldırması vurğulanıb, bu sənədin yaratdığı əlavə iqtisadi stimullardan bəhs edilib. Eyni zamanda, Azərbaycan və Özbəkistanın iqtisadi əlaqələrinin genişləndirilməsi və yeni birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. 

Verilişi izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
unikal.az

2Sources