EN

Arda Gülər Vinisiusun rekordunu yenilədi

Klublararası dünya çempionatında H qrupunun II turu çərçivəsində “Real” Meksika klubu “Paçuka”nı 3:1 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, qollardan birinin müəllifi olan Arda Gülər ​​Madrid klubunda 10 qol vuran ən gənc futbolçu ünvanına yiyələnib.

Türkiyəli yarımmüdafiəçi 10-cu qolunu 20 yaş 57 günlüyündə vurub. Əvvəlki rekord 2020-ci ildə 20 yaş 80 günlüyündə “Real”ın heyətində 10-cu dəfə fərqlənən Vinisius Juniora məxsus idi.

“Real” bu qələbədən sonra 4 xalla qrupa liderlik edir.

Chosen
10
3
msport.az

10Sources