EN

Bahar Muradova: Gənc qızın təhsilinə töhfə verməyə davam edirik

“Proqram hazırda ölkəmizin 58 rayonu və 27 təhsil müəssisəsini əhatə edir və yüzlərlə gənc qızın təhsilinə töhfə verməyə davam edir”.

Teleqraf xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə deyib.

O bildirib ki, gəncqızların təhsilinə dəstək yalnız sosial layihə deyil, bu, cəmiyyətin inkişafına yönəlmiş mühüm təşəbbüsdür:

“Azərbaycan gəncliyinə xüsusi diqqət və qayğısına görə Leyla xanıma təşəkkürümü bildirirəm. Qızların həyatına işıq salan bu layihəyə ilk tərəfdaş olaraq Elm vəTəhsil Nazirliyi qoşulub.

Nazirliklə birgə atdığımız addımlar nəticəsində layihə daha da genişlənib və bu günə qədər 100-dən çox qız bu dəstəkdən yararlanıb.

Chosen
7
2
teleqraf.com

3Sources