AZ

100-dən çox gənc qız dəstək proqramından yararlanıb - Bahar Muradova

Yazını böyüt
Yazını kiçilt

Gənc qızların təhsilinə dəstək yalnız sosial layihə deyil, bu, cəmiyyətin inkişafına yönəlmiş mühüm təşəbbüsdür.

Hafta.az xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə deyib.

O bildirib ki, proqram hazırda ölkəmizin 58 rayonu və 27 təhsil müəssisəsini əhatə edir və yüzlərlə gənc qızın təhsilinə töhfə verməyə davam edir.

“Qızların həyatına işıq salan bu layihəyə ilk tərəfdaş olaraq Elm və Təhsil Nazirliyi qoşulub.

Nazirliklə birgə atdığımız addımlar nəticəsində layihə daha da genişlənib və bu günə qədər 100-dən çox qız bu dəstəkdən yararlanıb", - deyə o əlavə edib.

Seçilən
1
2
hafta.az

3Mənbələr