
Yay mövsümünün ən çox sevilən meyvələrindən olan qarpız, təkcə sərinləşdirici dadı ilə deyil, sağlamlığa verdiyi faydalarla da diqqət çəkir.Qarpızın 92%-i sudan ibarətdir və isti havalarda bədənin maye ehtiyacını qarşılayaraq həm rahatlıq verir, həm də dərinin nəm balansını qorumağa kömək edir.Qarpız C və A vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir. Qırmızı rəngini verən antioksidant likopen isə ürək sağlamlığına müsbət təsir göstərir. İçərisində olan kalium isə təzyiqin tarazlanmasına kömək edir. Az kalorili olan qarpız sağlam qidalanma proqramlarında tez-tez istifadə olunur. Lakin təbii şəkər tərkibi səbəbindən, xüsusilə şəkər xəstələri və böyrək xəstələri porsiya nəzarətinə diqqət etməlidirlər.ÇƏKİRDƏYİN FAYDALARIQarpızın faydaları saymaqla bitmir, illərlə ayırıb tulladığımız çəkirdek isə sağlamlıq üçün çox faydalıdır. Qovrulub yeyilən qarpız çəkirdeyi ürəyə çox faydalıdır.Bundan əlavə, çəkirdek yağ turşuları, maqnezium və proteinlə zəngindir. Eyni zamanda yaddaşı gücləndirir və pis xolesterinin azalmasına kömək edir.GÖZƏLLİK ÜÇÜN DƏ FAYDALIDəri elastikliyini artıran C vitamini və əzələ rahatlatan sitrulin amin turşusu, qarpızın gözəllik və idmandan sonra bərpa proseslərində dəstək rolunu oynayır.İSTİFADƏ EDƏRKƏN DİQQƏTFaydaları çox olsa da, qarpızın həddindən artıq istehlakı sağlamlığa mənfi təsir göstərə bilər. Çox yedikdə şişkinlik, mədə həssaslığı və qan şəkərinin dalğalanmasına səbəb ola bilər. Mütəxəssislər, qarpızın ölçülü və balanslı istehlak olunmasını tövsiyə edir.Ulusum.az
Diqqət Çəkənlər
Anoreksiya xəstəliyinin müalicəsi yoxdurmu?
İsraildən İrana sarsıdıcı zərbə - VİDEO
Ürəyini Qoru! Xolesterini Nəzarətdə Saxla