Bakı. Trend:
İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanınvaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədəprokurun suallarını cavablandırıb.
Trend xəbər verir ki, təqsirləndirilən şəxs özü də vaxtiləqondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığınıbildirib. A.Harutyunyan qondarma rejimin əsas “bankı” kimi təqdimolunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankıtərəfindən qeydiyyatdan keçirilən “bank” olduğunu söyləyib.“Bank”ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialıhəmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyətgöstərib. Həmin “bank”ın Azərbaycanın vaxtilə işğal altında olandigər ərazilərinin mərkəzi yerlərində də filialları olub.
“O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç birüstünlüyü, imtiyazı yox idi”, - deyə A.Harutyunyan əlavə edib.
Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərindəErmənistanın digər banklarının da filialları fəaliyyət göstərib.A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.