AZ

Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz məskunlaşma aparılmasını Arayik Harutyunyan da təsdiqləyib

Bakı. Trend:

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan prokurorlarınsuallarını cavablandırarkən Azərbaycanın vaxtilə işğal altındaolmuş ərazilərinə Suriyadan və Livandan gətirilən şəxslərinməskunlaşdırıldığını təsdiqləyib.

Trend xəbər ki, o,Azərbaycanla sərhədyanı bölgələrdə - Ermənistanın Gorus, Qafanrayonlarında yaşayan Ermənistan vətəndaşlarının bir qisminin həminvaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarınagələrək orada məskunlaşdıqlarını deyib və əlavə edib: “Çünki həminərazilərdə xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərməküçün böyük imkanlar mövcud idi. Köçürülən şəxslər əsasən kəndtəsərrüfatı işləri ilə məşğul olurdular. Siz Sünik rayonununcoğrafiyasını bilirsiniz. Orada kənd təsərrüfatı aparmaq üçün genişimkanlar yoxdur. Zəngilan, Qubadlı və Laçın rayonlarında isə busahədə imkanlar daha çox idi”.

A.Harutyunyan məskunlaşmaq üçün digər ölkələrdən gələnlərləmüqayisədə Ermənistandan gələnlərin xüsusi təşviq edilmədiyinisöyləyib: “Biz onlara mane olmurduq. Onlar harada yaşamaq və nə iləməşğul olmaq istədiklərini özləri seçirdilər”.

O, Laçın və Kəlbəcər rayonunda erməni milliyyətindən olanşəxslərin də sonradan məskunlaşdırıldığını təsdiqləyib: “Bu,sonradan olub. Əvvəllər Laçın rayonunda ermənilər yaşamayıb. Mənimbildiyimə görə Kəlbəcər rayonunda da eyni vəziyyət olub”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi iyunun 30-da davam etdiriləcək.

Məqalədə:
Seçilən
137
50
az.trend.az

10Mənbələr