EN

İsrailin İrana hücumlarında ölənlərin sayı açıqlandı

Bakı. Trend:

Rəsmi məlumatlara əsasən, İsrailin İrana hücumlarında 430 nəfərölüb.

Trend-inməlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqətiişlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransındadeyib.

Onun sözlərinə görə, bu hücumlarda 3,5 min nəfər yaralanıb. 500nəfər isə müalicə olunaraq xəstəxananı tərk edib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranakütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranınnüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, havahücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb.Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənayeobyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvəobyektinə zərbələr endirib.

Chosen
8
1
az.trend.az

2Sources