EN

Macarıstan və Slovakiya Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul edilməsini blokladı

BAKI, 23 iyun. TELEQRAF

Macarıstan və Slovakiya Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul edilməsinə qarşı çıxıblar.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə jurnalistlərə açıqlama verib.

“Bu gün Slovakiya ilə birlikdə 18-ci sanksiya paketinin qəbulunun qarşısını aldıq. Çünki bu paket qəbul olunsaydı, o zaman Aİ ölkələrinə, o cümlədən Macarıstan və Slovakiyaya, Rusiya təbii qazı və ucuz xam nefti almaq qadağan ediləcəkdi",– o qeyd edib.

Nazir əlavə edib ki, bu sanksiyalar Avropa ölkələrinin iqtisadi maraqlarına ziddir və enerji təhlükəsizliyini riskə atır.

Chosen
21
50
teleqraf.com

10Sources