EN

Sara Netanyahu İran xalqına müraciət etdi - FOTO

"Ərim, Baş nazir Benyamin Netanyahunun tez-tez dediyi kimi: Siz İran xalqı, zəngin tarixə malik istedadlı və bacarıqlı bir xalqın möhtəşəm mədəniyyətinin varislərisiniz".

"Unikal" xəbər verir ki, bunu Sara Netanyahu sosial şəbəkə hesabında yazıb. m

"Biz sizin düşməniniz deyilik. Bizim mübarizəmiz sizinlə deyil, sizə zülm edən zalım rejimlədir.  Biz xalqlarımız arasında sülhün, azadlığın və dostluğun gələcəyinə inanırıq", - o, qeyd edib. 

Xatırladaq ki, İsrailin 13 iyun tarixində İrana qarşı başladığı hücumların ardından bölgədə gərginlik səngimir. 

Gülayə Mecid

Chosen
20
20
unikal.az

10Sources