EN

Azərbaycanın boks millisi Batumidə beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Gürcüstanın Batumi şəhərində keçiriləcək boks üzrə beynəlxalq turnirdə mübarizə aparacaqlar.

90deqiqe.Az xəbər verir ki, 5 gün davam edəcək yarışda məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi altında Mətin Məmmədov (55 kq), Elbrus Adıgözəlov (60 kq), Maqsud Xasmetov (65 kq) və Tağı Nəsibov (65 kq) rinqə çıxacaqlar.

Bu gün yarışa yollanacaq yığma iyunun 30-da Bakıya qayıdacaq.

Qeyd edək ki, iyunun 25-də start götürəcək turnirdə 10 ölkənin boksçularının iştirakı gözlənilir.

Chosen
1
9
90deqiqe.az

10Sources