Bakı, 23 iyun, AZƏRTAC
İyunun 25-də Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Turnirdə Mətin Məmmədov (55 kiloqram), Elbrus Adıgözəlov (60 kiloqram), Maqsud Xasmetov (65 kiloqram) və Tağı Nəsibov (65 kq) mübarizə aparacaqlar.
Bu gün yarışa yollanacaq komanda iyunun 30-da Bakıya qayıdacaq.
Qeyd edək ki, turnirdə 10 ölkənin boksçularının iştirakı gözlənilir.