EN

İraqda bir sıra neft layihələrinin fəaliyyəti ləngiyir

İraq ölkədəki bəzi neft yataqlarının işlənməsini təxirə salmağa məcbur olub.

Bakıvaxtı.az İraqın "Əl Şərqiyyə" xəbər agentliyinə istinadən xəbər verir ki, buna səbəb İranın xidmət şirkətlərinin fəaliyyətsizliyi olub.

Ölkənin neft naziri Hayin Əbdül Qani bildirib ki, İraqın hava məkanı bağlı olduğu üçün işçilər ölkəyə daxil ola bilmirlər. İraq Hörmüz boğazının bağlanacağı təqdirdə alternativ tapmağa çalışır. 

İraqın elektrik enerjisi istehsalının təxminən 30%-ni təmin edən İrandan İraqa qaz nəqlində fasilələr barədə isə məlumat yoxdur. İranın tədarükü tamamilə kəsilərsə, İraqın çatışmazlığı aradan qaldırmaq üçün əlavə olaraq 230,000 barel gündəlik mayeyə ehtiyacı olacaq. Lakin tarixən İraq logistika səbəbindən heç vaxt qaz çatışmazlığını tam ödəyə bilməyib. 

Ekspertlər hesab edirlər ki, İran qazının tədarükü kəsilərsə, İraq maye istehlakını sutkada 100 min bareldən çox artırmayacaq.

Gülşən Şərif

Chosen
5
1
bakivaxti.az

2Sources