EN

“Bavariya” “Arsenal”ın hücumçusunu istəyir

“Bavariya” “Arsenal”ın hücumçusu Qabriel Martinellini heyətinə cəlb edə bilər.

Msport.az xəbər verir ki, “topçular” braziliyalı forvardı satmağın əleyhinə deyil.

Maaş büdcəsini bir qədər azaltmağı hədəfləyən London klubu bəzi futbolçuları üçün gələcək təklifləri dəyərləndirmək istəyir.

Qeyd edək ki, 2019-cu ildən London klubunda top qovan Martinelli Braziliya millisinin də üzvüdür. O, son mövsümdə İngiltərə nəhənginin forması ilə 51 matça çıxıb, 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
11
2
msport.az

3Sources