Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
"Bayern Münhen" London "Arsenal"ının hücumçusu Qabriel Martinellini sıralarına cəlb edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" nəşri yayıb.
Xəbərə görə, "topçular" da braziliyalı forvardı satmağın əleyhinə deyil. Mənbə maaş büdcəsini bir qədər azaltmağı hədəfləyən London klubunun bəzi futbolçuları üçün gələcək təklifləri dəyərləndirmək istədiyini vurğulayıb.
Qeyd edək ki, 2019-cu ildən London klubunda top qovan Martinelli Braziliya millisinin də üzvüdür. O, son mövsümdə İngiltərə nəhənginin forması ilə 51 matça çıxaraq 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.