EN

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Biləsuvar, 11 dekabr, AZƏRTAC

Biləsuvar rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladığı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Bundan əlavə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkarlanıb. Ərazinin zibillənməsi halları ilə bağlı 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Chosen
415
24
azertag.az

10Sources