EN

"Fantastik matçlar keçirmişik, amma..."

Klublararası dünya çempionatında mübarizə aparan "Əl-Hilal"ın poruqaliyalı yarımmüdafiəçisi Ruben Neveş Səudiyə Ərəbistanı təmsilçisinin yeni baş məşqçisi Simone İnzaqidən danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Biz onun rəhbərliyi altında bir həftə məşq etmişik və artıq ortaya qoyduğu işi görə bilirik. Düşünürəm ki, komanda fiziki və taktiki planda əla nəticələr göstərib. Fantastik matçlar keçirmişik, amma təbii ki, fantastik oynamaq kifayət deyil. Qələbə qazanmaq lazımdır. Qarşıdakı görüşdə daha yaxşı oynamağa çalışacağıq".

Xatırladaq ki, "Əl-Hilal" klublararası DÇ-də çıxdığı ilk 2 matçda "Real Madrid" (1:1) və "Zaltsburq"la (0:0) heç-heçə edib. Sözügedən kollektiv bu gün qrup mərhələsinin 3-cü turu çərçivəsində "Paçuka" ilə üz-üzə gələcək.

Nihat

Chosen
17
1
fanat.az

2Sources