EN

Gürcüstanda müxalif koalisiyanın üç üzvü həbs OLUNDU

Gürcüstanda müxalif "Güclü Gürcüstan" koalisiyasının üç üzvü həbs edilib.

"Unikal" xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Badri Caparidze və Mamuka Xazaradze 8, Zurab Caparidze 7 ay müddətinə həbs olunub. Qərara əsasən, B. Caparidze və M.Xazaradze 2 il müddətində dövlət strukturlarında vəzifə də tuta bilməzlər.

Həbs edilənlər Parlamentin İstintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurlar.

Chosen
13
4
unikal.az

5Sources