ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi, 23 iyun, AZƏRTAC
Gürcüstanda müxalif "Güclü Gürcüstan" koalisiyasının üç üzvü həbs edilib.
AZƏRTAC xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Badri Caparidze və Mamuka Xazaradze 8, Zurab Caparidze 7 ay müddətinə həbs olunub. Qərara əsasən, B. Caparidze və M.Xazaradze 2 il müddətində dövlət strukturlarında vəzifə də tuta bilməzlər.
Həbs edilənlər Parlamentin İstintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.