Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Bugünkü iclasda sənədlərin tədqiqi mərhələsi başlayıb.
Bundan əvvəl ittiham tərəfinin bütün şahidləri dindirilib. Bu gün müdafiə tərəfi əlavə vəsatətlər verib.
VÉ™satÉ™tlÉ™rdÉ™n biri dÉ™ Nizami Alışanın hÉ™yat yoldaşı Günelin mÉ™hkÉ™mÉ™dÉ™ dindirilmÉ™si ilÉ™ baÄŸlıdır. VÉ™kil Samir İsayev onun É™lavÉ™ ÅŸahid kimi dindirilmÉ™sini istÉ™yib.Â
Məhkəmə bu vəsatəti təmin edib. Gələn iclasda müğənni Elarizin qızı Günel məhkəməyə gələcək. Şahid həyat yoldaşının saxlanıldığı günü dəqiqləşdirmək üçün dindiriləcək. İş materiallarında yazılanlara əsasən, Nizami 48 saatdan artıq şübhəli şəxs qismində saxlanılıb.
Bundan əlavə, zərərçəkmiş Babək Məmmədzadə də əlavə suallara aydınlıq gətirilməsi üçün yenidən məhkəməyə çağırılıb.
Şahidlərin iştirakını təmin etmək məqsədilə proses 30 iyuna kimi təxirə salınıb.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. (Qafqazinfo)