EN

Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB

Bakı. Trend:

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin “İstanbulBəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlərNazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrləbağlı 23 iyun 2025-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rəddedirik.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadəİslam Əməkdaşlıq Təşkilatının İstanbul Xarici İşlər NazirləriŞurasında qəbul olunmuş qərarlarla bağlı Ermənistan Xarici İşlərNazirliyinin bəyanatına münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistanın bu sənədlərin məzmununu təhrif etməkvə tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələlgətirmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq səylərinin daha birnümunəsidir.

“İƏT-in qəbul etdiyi qətnamələr, o cümlədən “indiki Ermənistanərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlılarıngeri qayıtmaq hüququ” adlı qətnamə tarixi faktları əks etdirir vəbeynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Ermənistanıniddialarının əksinə olaraq, azərbaycanlıların indiki Ermənistandansistemli şəkildə qovulması könüllü deyil, zorakılıq, hədə-qorxu vəinsan hüquqlarının kobud şəkildə pozulması ilə yadda qalıb. İƏT-inazərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanınəsassız şəkildə təqdim etdiyi “ərazi iddiası” deyil, ədalətə vəonların fundamental hüquqlarının bərpasına çağırışdır.

700 mindən artıq azərbaycanlını köçkün vəziyyətinə salmış və2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası ilə yekunlaşmışAzərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən 30 il davamedən qanunsuz işğalı kontekstini nəzərə alaraq, Ermənistanın2023-cü il antiterror tədbirlərinə dair iddiası da eyni dərəcədəəsassızdır.

İƏT-in Xocalı soyqırımı ilə bağlı Ermənistanın “təhrif olunmuşşərh” kimi rədd etdiyi qətnaməsi 1992-ci ilin fevralında Xocalıdaqadın və uşaqlar daxil olmaqla, 613 dinc sakinin vəhşicəsinə qətləyetirilməsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyiqəddarlıq barədə danılmaz həqiqəti bir daha təsdiq edir. İnsanlıqəleyhinə bu cinayət beynəlxalq insan haqları təşkilatlarıtərəfindən sənədləşdirilib və bir çox ölkələr tərəfindən tanınıb.Ermənistanın, bu və digər hərbi cinayətlərə, o cümlədən işğalzamanı Azərbaycanın mədəni irsinin dağıdılmasına görə məsuliyyətinietiraf etməkdən yayınması onun sülh prosesində etibarını daha dasarsıdır”, - XİN sözçüsü qeyd edib.

O vurğulayıb ki, Ermənistanın sülhə sadiqlik iddiası onunhərəkətləri ilə uyğun gəlmir: “Azərbaycan ardıcıl olaraq, ərazibütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında hərtərəfli sülhsazişinin tərəfdarı olduğu halda, Ermənistan dəfələrlə kritikməsələlər üzrə qeyri-konstruktiv mövqe nümayiş etdirməklə tərəqqiyəmane olub:

İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasınamaneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətinCənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləriilə üst-üstə düşür.

Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və özhərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycanıədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcək.Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tariximəsuliyyətlərini etiraf etməyə çağırırıq”.

Məqalədə:
Chosen
10
44
az.trend.az

5Sources