EN

“Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku ilə görüş

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 iyun, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov dünyanın məşhur döyüş ustalarından biri - əfsanəvi İp Manın tələbəsi, “Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanda döyüş sənətlərinin inkişafı, bu sahəyə olan marağın artırılması və qarşılıqlı təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov, vitse-prezidenti İlqar Mustafayev, Türkiyə Vinq Çun Akademiyasının prezidenti Murat Kaplan, İngiltərə Vinq Çun Federasiyasının təmsilçisi Cefri Lezard da iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
7
azertag.az

10Sources