EN

Xamenei ABŞ bazalarına hücuma bu sözlərlə reaksiya verdi

Biz heç kimə hücum etməmişik və heç kimin təcavüzünə məruz qalmağı qətiyyən qəbul etmirik.

Axar.az xəbər verir ki, bunu İranın dini rəhbəri Seyid Əli Xamenei X hesabında yazıb.

“Biz heç kimin təcavüzünə boyun əyməyəcəyik. Bu, İran millətinin məntiqidir”, – Xamenei bildirib.

Qeyd edək ki, ABŞ-ın İrana zərbələrinə cavab olaraq, Tehran Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirib.

Chosen
3
13
axar.az

10Sources