EN

İsrail İranla müharibənin dayanmasını istəyir – ABŞ-a mesaj çatdırılıb

İsrail İranla müharibənin dayanmasını istəyir.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Reuters” 3 yüksək rütbəli israilli məmurlara istinadən məlumat yayıb.

Qeyd edilib ki, İsrail ABŞ-a artıq İranı bombalamağı dayandırmaq istədiyi mesajını çatdırıb. Təl-Əviv artıq İsrail əhalisinin təhlükə altında yaşamasının başa çatmasını istəyir. Başqa sözlə, İranın da İsrailə raket zərbələrini dayandırmasının zamanı çatdığı qənaətindədir.

“Wall Street Journal”  da anoloji məzmunlu məlumat yayıb. Qeyd edilib ki, ABŞ İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə zərbə endirdikdən sonra vasitəçilər vasitəsi ilə Tehrana qarışlıqlı hücumların dayandırılmasını istədiyi barədə mesajını çatdırıb. Lakin İran öncə ABŞ-ın nüvə obyektlərinə zərbəsinə cavab verməyə qərar verib.

İsrail həm də ümid edir ki, münaqişə başa çatdıqdan sonra Tehran nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağa razılaşacaq.

İranın ABŞ-ın Qətərdəki hərbi bazasına zərbə endirməsindən sonra Vaşinqtonun İsrailin istəyinə necə yanaşacağı da sual altındadır.

Chosen
18
heftelik.az

1Sources