EN

İran və İsrail atəşkəsə razılaşıb, 12 günlük müharibə bitir - Trampdan sensasion açıqlama

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs barədə razılaşma əldə olunduğunu bəyan edib.

Prezidentin sözlərinə görə, tərəflər 24 saatlıq ilkin atəşkəs razılığına gəliblər və bu, “12 günlük müharibənin rəsmi sonu” ola bilər.

“İran və İsrail atəşkəsə razılaşıblar. Bu 24 saatlıq sükut mərhələsindən sonra münaqişə faktiki olaraq başa çatmış sayılacaq,” – deyə Tramp bildirib.

Məlumata görə, bu razılaşma İsrailin İranın strateji obyektlərinə endirdiyi zərbələr və Tehranın cavab hücumlarından sonra ABŞ-ın diplomatik vasitəçiliyi ilə əldə olunub. Trampın bu bəyanatı Vaşinqtonun tərəfləri müharibədən çəkindirməkdə həlledici rol oynadığını göstərir.

Hazırda nə İsrail, nə də İran tərəfi bu razılaşmanı rəsmi şəkildə təsdiqləməyib, lakin bölgədə nisbi sakitlik müşahidə olunur.

 

Musavat.com

Chosen
33
1
musavat.com

10Sources