EN

"Vəziyyət tələb edərsə, Tramp qarşıdurmanı gücləndirməyə hazırdır" - Ağ Ev

ABŞ prezidenti Donald Tramp İranın ABŞ bazalarına endirdiyi zərbələrə cavab olaraq təcili hərbi addımlar atmaq niyyətində deyil.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə CNN ABŞ Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Rəsmi şəxsin sözlərinə görə, Ağ Ev rəhbəri ABŞ-ın Yaxın Şərqdəki münaqişələrə daha qarışmamağa üstünlük verir.

Bununla belə, vəziyyət tələb edərsə, Tramp qarşıdurmanı gücləndirməyə hazırdır, - telekanalın mənbəsi qeyd edib. O əlavə edib ki, Vaşinqton İrandakı nüvə obyektlərinə zərbələrdən sonra İranın cavabını gözləyirdi: "Biz onların cavab verəcəklərinə əmin idik. Onların hərəkətləri Qasim Süleymaninin aradan götürülməsindən sonrakı reaksiyanı xatırladır".

ElcanMissiya.Az

Chosen
22
1
missiya.az

2Sources