EN

İran və İsrail atəşkəslə bağlı razılığa gəldi – TRAMP

ABŞ Prezidenti Donald Tramp İsrail və İranın yaxın saatlarda atəşi tam dayandırmağa razılaşdıqlarını bildirib.

Heftelik.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Truth Social”-dapaylaşım edib.

“İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər (indiki vaxtdan təxminən 6 saat sonra, İsrail və İran cari və son əməliyyatlarını başa çatdırdıqda!) və bu andan müharibə bitmiş hesab olunacaq”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, “12-ci saatda” bunu İsrail də edəcək: “24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək. Bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi”.

Chosen
7
12
heftelik.az

10Sources