EN

İran-İsrail müharibəsinin necə yekunlaşacağı proqnozlaşdırılır? - Həqiqətən atəşkəs olacaq?

İsrail-İran müharibəsinin nə zaman bitəcəyi maraq doğurmağa davam edir. 

Əslində, dünən axşam ABŞ Prezidenti Donald Trampın müharibənin bitəcəyi ilə bağlı paylaşımı bir anda gündəmi zəbt etdi. O, qısa zamanda sözügedən müharibənin dayanacağını və atəşkəs olacağını yazdı. 

Lakin İran tərəfi atəşkəs təklifi almadığını deyərək, iddianı təkzib etdi. Üstəlik, gecə və səhər saatlarında İran və İsrail arasında qarşılıqlı zərbələrin endirilməsinin davam etdiyi müşahidə olundu. 

Bəs prosesin necə yekunlaşacağı proqnozlaşdırılır? Həqiqətən tərəflər arasında atəşkəs əldə olunacaq? 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib ki, İran-İsrail müharibəsi bu gün dünyanın ən əsas və bir nömrəli gündəm mövzusuna çevrilib:

376289

"Bütün dünyanın diqqəti İranla İsrail arasında baş verən savaşdadır. Əslində, bu təkcə İranla İsrail arasındakı müharibə deyil. Təxminən 2 həftədir davam edən müharibədə ABŞ-nin də aktiv iştirak etdiyi görünür. Hətta prosesin başından bəri Ağ Evin məlumatlı olduğu bir faktdır".

Xəyal Bəşirov müharibənin necə bitəcəyi ilə bağlı suala isə belə cavab verib:

"İndidən müharibənin necə yekunlaşacağını proqnozlaşdırmaq çətindir. Amma hər bir halda bunun uzunmüddətli müharibəyə çevriləcəyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, İranla İsrail arasında quru sərhədi yoxdur. Onları təxminən 1000 kilometrlik bir məsafə ayırır. Üstəlik, tərəflərin hava hücumlarından istifadə edərək bir-birilərini vurması da qeyri-məyyən müddətə davam edə bilməz".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bunun üçün böyük resurslar lazımdır:

"Hər gün istifadə olunan raketlərlər, dronlar, qırıcı təyyarələr və havadan müdafiə sistemləri üçün yüz milyonlarla dollar vəsait lazımdır. Yəni 2 həftəyə yaxındır davam edən bu proses hər iki tərəfə çox baha başa gəlib".

Ekspert qeyd edib ki, iki ölkənin bir-birini raketlər və dronlarla vurmasının da bir sonu olmalıdır:

"Təbii ki, sərhədləri olmadığı üçün İran və İsrailin bir-birilərinə qarşı qurudan əməliyyat həyata keçirmələri də real görünmür. Sadəcə ABŞ və yaxud Avropadan olan mütəfiqlər İsrailə dəstək olacaqları təqdirdə, İrana qarşı qurudan hər hansı bir əməliyyat keçirmək cəhdləri ola bilər. 

Ancaq İranın coğrafi relyefi də buna çox ciddi şəkildə əngəl olur. Hər bir halda, bu müharibənin uzun çəkməyəcəyini proqnozlaşdırıram. Hesab edirəm ki, proses tərəfləri ən azından atəşkəs əldə etməyə və ya vasitəçilərlə danışıqlar prosesini aparmağa məcbur edəcək. Böyük ehtimalla, Trampın dediyi kimi qısa zaman ərzində İran və İsrail arasında atəşkəs əldə etmək mümkün olacaq". 

Pərviz

Chosen
26
50
hit.az

10Sources