ABŞ-da keçirilən klublararası dünya çempionatında B qrupunun oyunları yekunlaşıb.
Msport.biz xəbər verir ki, “Botafoqo” və PSJ pley-offa yüksəlib.
Son oyunların ardından 3 klub 6 xal toplayıb. Nəticədə onlar arasında keçirilən qarşılaşmalardakı nəticələr nəzərə alınıb. “Sietl Saunders”u məğlub edən Çempionlar Liqasının son qalibi PSJ qrup lideri olub. “Botafoqo”nu məğlub etməsinə baxmayaraq, Madrid “Atletiko”su 3-cü olaraq dünya çempionatı ilə vidalaşıb.
Klublararası dünya çempionatı
Qrup mərhələsi, B qrupu
3-cü tur
“Atletiko” – “Botafoqo” – 1:0
“Sietl Saunders” – PSJ – 0:2