EN

Azərbaycanda elektron ticarət dövriyyəsi 1,4 dəfə artıb - ABA sədri

Bakı. Trend:

İslahatlar nəticəsində cari ildə ödəniş kartları ilə ölkədaxilində aparılan ödəniş əməliyyatlarının 67%-i nağdsız formadahəyata keçirilib. Cari ilin 4 ayı üzrə ölkə daxilində elektronticarət dövriyyəsi keçən ilin müvafiq dövri ilə müqayisədə 1.4 dəfəartıb.

Trend xəbərverir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidentiZakir Nuriyev bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyəvə Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ilin aprel ayının sonu üçün banksektorunun aktivləri təqribən 54.6 milyard manat təşkil edir ki, buda ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% çoxdur: "Ötən ilənisbətdə aktivlərin həcmi ilə yanaşı, aktivlərin artım tempi dəyüksəlib. Bununla birlikdə, bankların kredit portfelinin həcmi dəson 12 aylıq müqayisədə 14% artaraq, hesabat dövründə 28.1 milyardmanata çatıb.

Biznes kreditlərinin artım tempi də iki rəqəmli həddə qalmış və11% olaraq müşahidə edilmişdir. Beləliklə, real sektora verilənkreditlərin həcmi 15 mlrd. manat olmaqla, ümumi kredit portfelinin53%-dən böyük hissəsini əhatə edir. Kreditlərin dollarlaşma əmsalıisə 15.2% təşkil etməkdədir, bu da ötən eyni dövrü ilə müqayəsədə3.5 faiz bəndi azdır".

Z. Nuriyev qeyd edib ki, cari ilin aprel ayının sonuna vaxtıkeçmiş kreditlərin portfeldəki payı 1.7% təşkil etməkdədir:"Hesabat dövründə banklardakı depozitlərin ümumi həcmi illik 3.9%artaraq, 36.7 milyard manat təşkil edib. Fiziki şəxslərinəmanətlərinin həcmi isə 14.5 milyard manata bərabərdir ki, bu daötən ilin eyni dövrü ilə müqayisədə 10.1% çoxdur. Daha ürək açangöstərici isə müddətli əmanətlərin həcmi ilə bağlıdır. Belə ki,2025-ci ilin aprel ayında fiziki şəxslərin müddətli əmanətlərinhəcmi 9.1 milyard manatı ötmüşdür ki, bu da illik müqayisədə 23.2%artım deməkdir. Bu da əsasən yeni bank müştərilərinin hesabınaolmuşdur: 2025-ci ilin ilk 4 ayı ərzində unikal (müddətli)əmanətçilərin həcmi 7.5% və ya 11 337 nəfər artaraq 161 856 nəfərəçatmışdır".

Z. Nuriyev bildirib ki, depozitlərin manatlaşma əmsalı 41.7%olsa da, fiziki şəxslərdə bu hədd 33.7% təşkil edir: "Bunlarlayanaşı, bankların kapital mövqeyi də güclənmiş, sektorun cəmibalans kapitalı illik 10.4% artımla 7 mlrd. manat həddinəçatmışdır. 2025-ci ilin ilk 4 ayında banklar 339.8 mln. manatmənfəət və 1.5 milyard manat faiz gəliri əldə etdiyini müşahidəedirik".

"Hesabat dövründə bank kartlarının sayı illik 17% artımla 20.7mln. ədəd təşkil edir. Bu artımın böyük bir hissəsi isə təmassızkartların hesabına baş vermişdir. Ümumilikdə isə ölkədəki ödənişkartlarının 81%-i təmassız ödənişləri dəstəkləməkdədir.POS-terminallar vasitəsilə edilən ödənişlərin isə 95%-dən çoxu daməhz təmassız ödənişlərin payına düşməkdədir.

Bu il ərzində ödəniş kartları ilə həyata keçirilənəməliyyatların 67.1%-i nağdsız əməliyyatlardır (5 faiz bəndiartım). Kartlarla edilən nağdsız əməliyyatların həcmi 2025-ci ilinilk 4 ayında cəmi təqribən 30 mlrd. manat təşkil etmişdir ki, bu daötən ilin eyni dövrü ilə müqayisədə 33.8% çoxdur", - deyə ABA sədrifikrini tamamlayıb.

Məqalədə:
Chosen
12
1
az.trend.az

10Sources