“Neftçi”də daha bir ayrılıq baş verib.
Operativ Media xəbər verir ki, klub Filip Ozobiçlə yollarını ayırıb. Millimizin sabiq yarımmüdafiəçisi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.