“Neftçi” klubu Filip Ozobiçlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki Xorvatiya yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.