EN

Mineral suyu heç vaxt stəkana tökməyin!

Mineral

Yeməkdən sonra həzmi asanlaşdırdığı düşünülən mineral su, əgər düzgün içilməzsə, gözlənilən faydanı verməyə bilər. Mütəxəssislər mineral suyun içilmə forması və vaxtı ilə bağlı vacib xəbərdarlıqlar ediblər.Birbaşa şüşədən içmək daha faydalıdırAraşdırmalara görə, mineral suyu birbaşa şüşədən içmək daha sağlamdır. Belə ki, şüşədən içildikdə qaz qabarcıqları itmədən qəbul olunur, halbuki stəkana töküldükdə yaranan köpüklənmə nəticəsində mineralları daşıyan faydalı qazlar uçub gedir. Bu da suyun qida dəyərini azaldır. Ona görə də mütəxəssislər mineral suyun gigiyenik şüşə qabda və birbaşa içilməsini tövsiyə edirlər.Faydaları saymaqla bitmirMineral su tərkibindəki yüksək maqnezium səviyyəsi ilə seçilir. Maqnezium sinir və əzələ sistemində elektrik siqnallarının ötürülməsində rol oynayır və ürək sağlamlığını dəstəkləyir. Bu mineralın çatışmazlığı damar sərtliyi kimi ciddi problemlərə səbəb ola bilər.Tərkibindəki natrium bədənin maye balansını tənzimləyir, asit-qələvi tarazlığını qoruyur və sinir sistemi üçün həyati əhəmiyyət daşıyır. Bikarbonat isə mədə narahatlıqlarına qarşı təsirlidir və böyrək daşı riskini azalda bilər.Yeməkdən dərhal sonra içməyinMütəxəssislər xəbərdarlıq edir: mineral suyu yeməkdən dərhal sonra içmək olmaz. Çünki bu zaman mədə turşusunu seyreldə və həzmi ləngidə bilər. Suyu yeməkdən ən azı bir saat sonra içmək tövsiyə olunur.Ulusum.az

Diqqət Çəkənlər

İranın cavabı sərt oldu: İsrailə 15 raket atıldı – Tel-Əviv və Aşkelon hədəfdə!

12 Günlük Müharibə Bitdi? Tramp İsrail və İranı Barışdırdı?

Şəhərə yay gəlib – istiylə, pikniklərlə və... ofis geyimi dilemması ilə - FOTO

Chosen
42
25
ulusum.az

10Sources