AZ

Kondisionerin düzgün istifadəsi bu xəstəlikləri MÜALİCƏ EDİR

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağciyər xəstəlikləri üzrə mütəxəssis həkim Huri Özkan Yılmaz vurğulayır ki, kondisionerin əsas faydası — havanı sərinlətdiyi kimi rütubəti azaltmaqdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, xroniki tənəffüs xəstəlikləri olan insanların nəfəs almasını yüngülləşdirir.

Belə optimal temperatur və rütubət balansı rahatlıq yaradır.

Xroniki tənəffüs xəstəliklərində rahatlığa səbəb olur

Yüksək temperatur və rütubət, KOAH, astma və bronx xəstəliklərin simptomlarını ağırlaşdırır. Düzgün tənzimlənmiş kondisoner bu simptomların yüngülləşməsində rol oynayır.

Əsas risk — qulluq edilməyən filtr və birbaşa hava axını

Həkim xəbərdarlıq edir: “Təmizlənməyən filtr zamanla bakteriya, göbələk və allergik mikroblar toplayır. Kondisioner işlədikdə bunlar havaya yayılır və infeksiya riskini artırır. Düzgün olmayan xidmət göstərən sistemlərdə bakteriyalar Legioner xəstəliyi yarada bilər”.

Sağlamlıq naminə kondisioner istifadəsi üçün tövsiyələr

Otaq temperaturu: 23–26 °C arasında saxlanılmalıdır.

Rütubət səviyyəsi: 40–60 % arası ideal səviyyədir.

Hava axını: Birbaşa bədənə yönəlməməlidir.

Baxım və təmizlik: Filtrlər mütəmadi təmizlənməli, ildə ən azı bir dəfə mütəxəssisə nəzərdən keçirilməlidir.

Havalandırma: Müntəzəm olaraq təbii hava ilə əvəz edilməlidir.

Ani temperatur dəyişiklikləri: Otaq və çöl arasında böyük fərqlərdən qaçmaq vacibdir .

Kondisioner — düzgün istifadə ilə sağlamlığı qoruyur

“Əgər kondisioner düzgün və gigiyenik istifadə olunarsa, həm gün vurmasını əngəlləyir, həm də ciyərlərin rahatlığı üçün faydalıdır,” — deyə həkim əlavə edir. O qeyd edir ki, digər elektrik cihazlar kimi, bu da nizamlı qulluq tələb edir .

Kondisionerin sağlam və effektiv işləməsi üçün atılmalı addımlar

1. Filtrlərin təmizliyi və dəyişdirilməsi

Filtri çıxarın, tozunu götürün və ya ilıq sabunlu su ilə yuyun. Tam quruyandan sonra geri yerləşdirin. Çox kirlənibsə, yeni filtr alınmalıdır.

2. Pərlərə qulluq.

Xarici və daxili pərləri yumşaq fırça ilə yuyun. Bəzi hallarda professional xidmət tələb olunur.

3. Suburaxan boruların yoxlanması.

Boruları təmiz su və ya incə çubuqla yoxlayın. Su axını normallaşdırılmalı, pis qoxunun qarşısı alınmalıdır.

4. Cihazın maye qazının səviyyəsinin yoxlanılması.

Texnik maye səviyyəsini yoxlayıb, azdırsa əlavə edilməlidir. Bu, enerji səmərəliliyini artırır və cihazın ömrünü uzadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
lent.az

2Mənbələr