EN

Portağalı İtaliyadan 7 manata, Türkiyədən 1 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən ümumilikdə 11 573,68 ton miqdarında təzə və ya qurudulmuş portağal idxal olunub.

“Valyuta.az” rəsmi məlumatlara istinadən xəbər verir ki, bu həcmdə məhsulun idxalına 9 007,6 min ABŞ dolları vəsait xərclənib. 

Portağalın bir kiloqramının orta gömrük qiyməti 0,78 dollar (1,32 manat) təşkil edib.

İran İslam Respublikasından 9 577,52 ton portağal gətirilib. Bu idxalın ümumi dəyəri 7 185,18 min dollar olub. İrandan gətirilən portağalın bir kiloqram üzrə orta idxal qiyməti 1,28 manat təşkil edib.

Misirdən idxal olunan 1 048,72 ton portağal üçün isə 1 153,59 min dollar xərclənib. Bu ölkədən gətirilən məhsulun bir kiloqramı 1,87 manat olub.

İtaliyadan idxal edilən 1 ton portağal isə 4,5 min dollar dəyərində başa gəlib. Beləliklə, bu partiyanın bir kiloqramı 7,65 manat qiymətlə idxal edilib.

Türkiyədən 944 ton miqdarında 660,98 min dollar dəyərində, İspaniyadan 2,45 ton miqdarında 3,35 min dollar dəyərində portağal gətirilib. 

Türkiyədən gətirilən portağalın bir kiloqram üçün gömrük qiyməti 1,19 manat, İspaniyadan gətirilən portağal üçün isə 2,33 manat təşkil edib.

Mayya Hüseynova 

Chosen
28
valyuta.az

1Sources