EN

QHT-lərin xarici maliyyə mənbələri ilə bağlı bəzi bank əməliyyatları qadağan edilir

Bakı. Trend:

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi vəişlərin görülməsi qaydalarında dəyişiklik edilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər vəfondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, qeyri-hökumət təşkilatıtərəfindən malların satışından, xidmətlər göstərilməsindən, işlərgörülməsindən daxilolmalar müqavilə əsasında həyata keçirilir.Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və yaişlərin görülməsi haqqında müqavilə qeydə alınması üçünqeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyətiorqanına təqdim olunur.

Qanun layihəsinə əsasən, qeydiyyata alınmamış xarici maliyyəmənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsihaqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digərəməliyyatların aparılması mümkün olmayacaq.

Həmçinin müqavilə olmadan və ya qeydiyyata alınmamış xaricimaliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işləringörülməsi haqqında müqavilə üzrə xidmətlər göstərən və ya işlərgörən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqamaddi formada vəsait qəbul edən qeyri-hökumət təşkilatı İnzibatiXətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Chosen
17
13
az.trend.az

10Sources