EN

Maliyyə institutları süni intellektə milyardlarla dollar sərmayə yatırıb

"Süni intellekt insanı əvəz etməyəcək, insanların gördüyü işləri gücləndirəcək".

Teleqraf xəbər verir ki, bu barədə “Banza” şirkətinin Baş Ticarət Direktoru və İdarəedici Partnyoru Viktoriia Omelçenko “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı deyib.

O qeyd edib ki, süni intellektin (AI) “qızıl dövrü”ndə aparıcı maliyyə institutları artıq milyardlarla dollar sərmayə yatırıb:

“Məsələn, JP Morgan ötən il təkcə AI-ya 18 milyard dollar sərf edib. Xidmət xərclərini 30% azaldıblar, amma yalnız 10% işçini ixtisar ediblər. Onlar “COIN” kimi müqavilələrin yoxlanmasına sərf olunan 360 min iş saatını əvəz edən müqavilə zəkası platforması işə salıblar.

Digər bir yenilik isə “Google” ilə birgə hazırladıqları “IndexGPT” alətidir. Bu sistem Trampın beynəlxalq ticarət tarifləri ilə bağlı zarafatlarının bazara təsirini belə təhlil edə bilir. Bank müştərilərinin zənglərinə cavab vermək, investisiya planı hazırlamaq kimi ağır işləri asanlaşdırır.

Avstraliyanın Commonwealth Bank-ı AI sistemini 150 mindən çox işçiyə tətbiq edib və 2028-dək 170 milyard dollardan çox gəlir hədəfləyir. “Citibank” sənəd avtomatlaşdırma platforması ilə sənəd hazırlama sürətini 10 dəfə artırıb, daxili razılaşdırma və uyğunluq proseslərində 85% dəqiqliyə çatıb”.

Chosen
27
teleqraf.com

1Sources