EN

Azərbaycan Premyer Liqasının debütantı əcnəbiyə tapşırıldı

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "İmişli" klubunun yeni baş məşqçisi bəlli olub.

Publika.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.

Portuqaliyalı məşqçi Xorxe Kaskilya bölgə təmsilçisini çalışdıracaq. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Kaskilyanın köməkçiləri Kristiano Duraes, Quilherme Kadete olacaq. Qapıçılar üzrə məşqçi Elşad Tahirov, fiziki hazırlıq üzrə məşqçi isə Ulian Qoqa təyin edilib.

Chosen
34
1
publika.az

7Sources