Bu müharibə Azərbaycanın turizminə necə təsir edəcək?
Turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlama verib.
O deyib ki, şübhəsiz baş verən müharibələr iqtisadiyyatın bütün sahələrinə təsir etdiyi kimi turizm sektoruna da təsirsiz ötüşmür:
“Ancaq düşünmürəm ki, İran və İsrail arasında baş verən bu müharibə Azərbaycanın turizm sektoruna çox ciddi təsir etsin. Doğrudur, adı çəkilən hər iki ölkədən ölkəmizə təşrif buyuran turistlər olur, ancaq nəzərə alaq ki bu gün ölkəmizin turizm bazarının əsasını Hindistan, Pakistan, Rusiya və ərəb ölkələrindən gələn qonaqlar təşkil edir. Son aylarda bu siyahıya qardaş Türkiyəni də əlavə etsək vəziyyətin o qədər də qorxulu olmadığını görərik. Yalnız həmin ölkələrin hava məkanlarının bağlı olması bəzi uçuşların bir qədər yubanmasına bəzi hallarda isə ləğvinə gətirib çıxarır. Bu zaman isə turistlərin bir qismi bu səbəblə bəziləri isə ehtiyat tədbiri səbəbilə öz səfərlərini təxirə salır. Ancaq irəliləyən zamanlarda müharibənin daha da böyüyəcəyi və daha geniş coğrafiyaya yayılacağı təqdirdə sözsüz ki region ölkələri və Azərbaycanın turizm bazarı üçün ciddi nəticələrə gətirib çıxaracaq”.
Leyla Turan
Demokrat.az
10Sources
-
metbuat.azBu ölkələrdən gələn turistlər azalıb SƏBƏB ( 18610885)
-
metbuat.azBu ölkələrdən gələn turistlər azalıb - ( 18610843)
-
demokrat.azBu Azərbaycanın turizm bazarı üçünciddi nəticələrə gətirib çıxaracaq — Ekspert ( 18596185)
-
demokrat.azBu Azərbaycanın turizm bazarı üçün ciddi nəticələrə gətirib çıxaracaq Ekspert ( 18596173)
-
referans.azBu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? ( 18458914)
-
referans.azAzərbaycanda bu şəxslər çətin durumda: İki ölkə köməyə çatdı ( 18430513)
-
hurriyyet.azİstirahət planlaşdıranların NƏZƏRİNƏ: Bu şəhərlərdə dincəlmək çox bahadır, amma... ( 18387919)
-
hurriyyet.azİstirahət planlaşdıranların NƏZƏRİNƏ: Bu şəhərlərdə dincəlmək çox bahadır, amma... ( 18387910)
-
gender.azİstirahət planlaşdıranların NƏZƏRİNƏ: Bu şəhərlərdə dincəlmək çox bahadır, amma... ( 18385999)
-
konkret.azİstirahət planlaşdıranların NƏZƏRİNƏ: Bu şəhərlərdə dincəlmək çox bahadır, amma… KONKRET ( 18379498)