“iPhone 17” seriyasının ekran ölçüləri ən böyük aksesuar istehsalçılarından biri olan “Spigen” tərəfindən təsdiqlənib.

İndex.az xəbər verir ki, bu serianın yeni model “Hava” adı ilə təqdim edilə bilər.

Artıq bir neçə müddətdir ki, “iPhone 17” seriyası ilə bağlı yeni xəbərlər ictimayətə sızır.

Hətta, bu yaxınlarda “iPhone 17″nin prototip şəkilləri paylaşıldı.

Nəhayət, “Amazon”dakı siyahı göstərir ki, “Spigen”in “iPhone 17” və “17 pro” üçün hazırladığı yeni korpusu “iPhone 16 Pro” (6,3 düymlük ekran) ilə uyğun gəlir.

Bu isə, “iPhone 17” və “17 Pro” modellərinin “iPhone 16 Pro” kimi 6,3 düymlük ekrana sahib olacağını təsdiqləyir.