EN

Ağdərə sakini: Körpə olarkən tərk etdiyim Həsənrizə uşaqlarımla qayıtmışam

Ağdərə, 24 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Həsənrizi tərk edəndə körpə uşaq idim. Bu gün isə ailəmlə, uşaqlarımla qayıtmışam.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdərə rayonunun Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Əlizamin Mehdiyev söyləyib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində tarixi Qələbə qazandığını diqqətə çatdıran Ə.Mehdiyev, qəhrəman Vətən övladlarının sayəsində öz doğma yurdlarına qayıtdıqlarını deyib: “Həmişə arzu edirdim ki, ata-baba yurdumuza qayıdaq. Bu günə şükürlər olsun. Ordumuzun, şəhidlərimizin sayəsində arzumuza çatmışıq. Prezidentimizə minnətdarlığımı bildirirəm”.

 

Chosen
46
1
azertag.az

2Sources