EN

Paşinyanın TURAN açıqlaması: ƏSL NİYYƏT NƏDİR?

Siyasi şərhçi Əziz Əlibəyli mövzu ilə bağlı Ajans.az-a bildirib ki, əslində Paşinyanın açıqlaması kifayət qədər rasional cavabdır. Bunun arxasında ciddi, potensial imkanların yaxşılaşdırılması niyyəti dayanır. Prinsip etibarı ilə anlayışlar üzərində  iki ölkə, bəlkə region uzun illər çox şeyi itirib. Amma indi bu prosesi silkələmək üçün böyük bir savaş oldu. Savaşın kontekstində ciddi itkilər yolverilməz oldu.  Ekspert deyib ki, İran münaqişəsi Ermənistanı məcbur etdi ki, bölgədə yeni açılımlara getsin. Bu daha çox Ermənistandan asılıdır. Burada xüsusi bir məqam var. Güclü Ermənistanı əslində Türkiyə yaratmış olur. Əsas sual burada yaranır. Hansı sahələr üzrə inkişaf etdirəcək?  Əziz Əlibəyli qeyd edib ki, sualın birini belə qoya bilərik. Təxminən son 10 ildə Ermənistana 3 mlrd ABŞ dolları investisiya daxil olub. Burada Rusiya, ABŞ, Avropa İttifaqı, İranın böyük ölçüdə payları var. Onlar təxminən kənd təsərrüfatı, nəqliyyat, energetika, informasiya texnologiyaları sahələrini xeyli inkişaf etdiriblər. Azərbaycan da buraya daxil olsa, həm nəqliyyat-logistikaya investisiya daxil etməyi əldə edirlər( başda Zəngəzur dəhlizi olmaqla).  Nəqliyyat-logistika dərhal imkan verir ki, enerji sektorunu SOCAR vasitəsilə Ermənistanda yaşıl enerji qurşağını yaradıb onu daxil etməkdir. Üçüncü halda, tikinti-infrastruktur sahəsini Türkiyə ilə birlikdə inkişaf etdirmək olar. Çünki Ermənistanda bu sahə yaxşı deyil və Azərbaycan ilə Türkiyənin Qarabağda bərpa layihələrində təcrübələrini Ermənistanda tətbiq etmək imkanları var.  O vurğulayıb ki, turizm məsələsi iki ölkə üçün investisional olaraq vazkeçilməz sahədir. Bu baxımdan biz yanaşanda bu sahələr üzrə o bölgədə ən azından digər investorlar ilə rəqabət apara biləcəyikmi sualının cavabı “ birmənalı olaraq, apara biləcəyikdir.”  İkinci bir məsələ Azərbaycan və Türkiyə  son ildə 4 milrd-dan çox investisiya Gürcüstana qoyub. Həmçinin, 5 mlrd-dan artıq investisiya yenidən qoyulub. Gürcüstanən xarici investisiyalarının təxminən 40%-i Azərbaycan və Türkiyənin payına düşür.  “ Biz ixtisaslaşmış sahələr üzrə investisiya qoyuruq. Gürcüstanda yönəldiyimiz sahə konkretdir. Energetika, nəqliyyat, tekstil, turizm, tikinti buraya aiddir. Eyni şeyləri mövcud olmadığı üçün Ermənistan üzərindən də ölçməliyik ki, hansı sahələrin inkişafı lazımdır.”-deyə, Əziz Əlibəyli açıqlayıb.  Burada oxşar məsələlər ortaya çıxır. Məsələn Ermənistanın xarici investisiyasının həcmi son 10 ildə 5 mlrd dollardısa, son 15-20 il ərzində Gürcüstanda bu 25 mlrd dollar həcmindədirsə, ortalama Azərbaycan  və Türkiyənin qoyacağı investisiya Ermənistandakı xarici investisiyanın aşağı-yuxarı minimum  50, maksimum 70-80%-ə qədər artması mümkündür.  Buradan bir məsələ aydın olur ki, Azərbaycan bu mənada Türkiyə ilə birlikdə inkişaf etdirdikləri olan Ermənistan artıq ortaq layihəyə çevrilmiş olacaq. Strateji inkişaf layihələrinin maliyyələşdirilməsi Azərbaycan və Türkiyənin əlində olduğundan onların bundan imtina etməsi və iki ölkə əleyhinə fəaliyyət göstərməsi faktiki olaraq mümkün olmur. 

Ona görə indidən bizim ölkənin maliyyə imkanlarına və ona şərait yaratmağa Paşinyan turançılığa investisiya qoymaqla stimulyasiya yaradır.

Chosen
40
Ajans.az

1Sources