EN

İran körfəzində gərginlik: Hörmüzdən neft tranziti üçün yeni risklər

Bakı. Trend:

Yaxın Şərqdə gərginliyin artması fonunda İran tərəfindən Hörmüzboğazının bağlanması təhlükəsi dünya enerji bazarlarında narahatlıqdoğurur, bu da neft qiymətlərində kəskin artım və qlobaliqtisadiyyata genişmiqyaslı təsirlər ehtimalını artırır.

Hörmüz boğazı İran və Oman arasında yerləşən stratejiəhəmiyyətli dəniz yoludur və yenidən geosiyasi qeyri-sabitliyinmərkəzinə çevrilib. ABŞ-nin İranın nüvə obyektlərinə sonaviazərbələrindən və İranın İsrailə cavab zərbələrindən sonra İranİslam Respublikasının parlamenti boğazın müvəqqəti bağlanmasıehtimalını təsdiqləyib. Yekun qərarı isə Ali Milli TəhlükəsizlikŞura qəbul edəcək. Əgər bu addım həyata keçirilərsə, o, dünya üzrəneft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü ciddi şəkildəpoza bilər və regionun hüdudlarından kənarda da iqtisadisarsıntılara yol aça bilər.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, hər günHörmüz boğazından təxminən 20 milyon barrel neft daşınır ki, bu daqlobal maye karbohidrogen istehlakının təqribən 20%-nə bərabərdir.2024-cü ildə və 2025-ci ilin birinci rübündə boğaz vasitəsilədaşınmalar sabit olaraq qalırdı və bu, dünya üzrə ümumi dəniz yoluilə neft ticarətinin dörddə birindən çoxunu, həmçinin LNGtədarükünün beşdə birini təşkil edirdi.

Tədarüklərdə pozuntuların yaranacağı təqdirdə ən çox riskaltında olan region Asiyadır. 2024-cü ildə boğazdan keçən bütünneft və kondensatın 84%-i əsasən Çin, Hindistan, Yaponiya və CənubiKoreya olmaqla Asiya ölkələrinə yönəlmişdi. “JP Morgan”ınqiymətləndirməsinə görə, Hörmüzdə hər hansı hərəkət məhdudiyyətineft qiymətlərində uzunmüddətli artıma səbəb ola bilər – ən pisssenari üzrə qiymət 130 dollar/barrel səviyyəsinə qədəryüksələcək.

İran üçün strateji seçim

İranın Bakıda yerləşən səfirliyinin müvəqqəti işlər vəkili SeyidCəfər Ağayi Məryan Trend-ə açıqlamasında boğazın bağlanması məsələsininfəal şəkildə müzakirə edildiyini təsdiqləyib. Onun sözlərinə görə,son qərarı yalnız Ali Milli Təhlükəsizlik Şura qəbul edə bilər.

Lakin ekspertlərin qeyd etdiyinə görə, boğazın bağlanması İranınöz iqtisadiyyatına da ciddi zərbə vuracaq. ABŞ sanksiyalarınabaxmayaraq, ölkə neft ixracını artırmaqda davam edir və sonməlumatlara görə, bu göstərici gündəlik təqribən 2,3 milyon barreltəşkil edir. İranda onlarla neft yatağı fəaliyyət göstərir vəölkənin ümumi karbohidrogen ehtiyatları 1,2 trilyon barrel həcmindəqiymətləndirilir. Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES)vurğuladığı kimi, Hörmüzün bağlanması İranı əsas gəlir mənbəyindənavtomatik şəkildə ayıracaq.

Bazarların reaksiyası və gərginliyin artmasıriski

Blokada təhlükəsi artıq bazarlara təsir göstərib: İsrailin hərbiəməliyyatından sonra “Brent” markalı neftin qiyməti 78 dollarayüksəlib, daha sonra 70 dollara qədər ucuzlaşıb. “Rystad Energy”şirkətinin neft bazarlarının təhlili üzrə vitse-prezidenti YanivŞah bildirib ki, hazırkı dəyişkənlik qeyri-müəyyənliyin yüksəksəviyyədə olması ilə əlaqədardır: “Hətta Hörmüzün qısa müddətlibağlanması belə qlobal tədarük zəncirlərinə ciddi təsir göstərəbilər”.

Birləşmiş Dəniz İnformasiya Mərkəzinin (JMIC) məlumatına görə,regionda təhdid səviyyəsi “əhəmiyyətli”dərəcədədir. Boğazdan dənizdaşımaları davam edir, lakin Dubay bölgəsində gözləyən gəmilərinsayında artım müşahidə olunur və bəzi gəmilər Hörmüzdən yalnızgündüz saatlarında keçməyə üstünlük verir. Bundan əlavə,Bəndər-Abbas limanı yaxınlığında elektron siqnal pozuntularıhalları qeydə alınıb.

Gəmiçilik şirkətləri artıq böhran şəraitinə uyğun fəaliyyətplanını öz əməliyyat prosedurlarına daxil ediblər. “Maersk” dənizdaşımaları üzrə dünyanın ən iri operatorlarındandır və boğazvasitəsilə daşımaları davam etdirdiyini və hadisələrin inkişafınıdiqqətlə izlədiyini bildirib.

Geosiyasət və məhdud alternativlər

Səudiyyə Ərəbistanı, BƏƏ və İraq üzərindən alternativ marşrutlarolsa da, Hörmüz boğazını tam şəkildə əvəzləmək mümkün deyil. İranlıekspertlərin fikrincə, hətta qısamüddətli bağlanma belə neftinqiymətində 30–35% artıma səbəb ola bilər ki, bu da maliyyəbazarlarında şok effekti yaradaraq enerji istehlakçılarına təzyiqiartıracaq.

Qətərin demək olar ki, tam şəkildə Hörmüz üzərindən asılı olanmayeləşdirilmiş təbii qaz LNG ixracı da təhdid altına düşə bilər.Avropa üçün bu, tədarükdə fasilələr və alternativ yanacaq növləri –ilk növbədə dizel və elektrik enerjisi – üzrə qiymət artımıanlamına gələcək.

Beynəlxalq Enerji Agentliyi (BEA) bütün mümkün ssenarilərəhazırlaşır. “BEA vəziyyətin inkişafını fəal şəkildə izləyir,” –deyə agentlikdən Trend-ə bildiriblər və qeyd ediblər ki, təşkilatınsərəncamında 1,2 milyard barreldən çox fövqəladə neft ehtiyatı var.Agentliyin icraçı direktoru Fatih Birol vurğulayıb ki, agentliyinneft təhlükəsizliyi sistemi keçmiş böhranlar zamanı qlobaliqtisadiyyatın qorunmasında əsas rol oynayıb.

Enerji sabitliyi uçurumun bir addımlığında

Hörmüz boğazı ətrafında baş verən hadisələr dünya enerjisisteminin geosiyasi sarsıntılara qarşı nə dərəcədə həssas olduğunubir daha göstərir. Tehranın qəti ritorikasına baxmayaraq, ölkəiqtisadi, diplomatik və hərbi riskləri nəzərə almağa məcburdur.Hətta qısamüddətli bağlanma belə təkcə İran üçün deyil, bütünqlobal bazarlar üçün ciddi nəticələrə səbəb ola bilər.

Hazırda hərbi əməliyyatlar davam edir və diplomatik kanallarreal nəticə vermir. Enerji sektoru isə yeni bir böhrana hazırlaşır.Boğaz bağlanacaq, yoxsa açıq qalacaq? Aydın olan budur ki, qlobaliqtisadiyyatın dayanıqlığı hələ də bu dar, lakin həlledici stratejiəhəmiyyətə malik İran körfəzi keçidindəki sabitlikdən asılıdır.

Məqalədə:
Chosen
17
5
az.trend.az

6Sources