EN

Mbappe klublararası dünya çempionatında növbəti oyunu da buraxacaq

İspaniyanın "Real Madrid" komandasının hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının qrup mərhələsində Avstriya "Zaltsburq"u ilə keçiriləcək oyunu da buraxa bilər.

Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, 26 yaşlı futbolçu hələ də kəskin qastroenteritdən əziyyət çəkir. Mbappe bu səbəbdən daha öncə Səudiyyə Ərəbistanının "Əl-Hilal" (1:1) və Meksikanın "Paçuka" (3:1) kollektivləri ilə keçirilmiş ilk iki matçda iştirak etməyib.

"Kral klubu" "Zaltsburq"la iyunun 28-də qarşılaşacaq.

Chosen
29
27
day.az

10Sources