Madrid "Real"ının hücumçusu Kilian Mbappe kəskin qastroenterit səbəbindən dörd-beş kiloqram arıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Marca” məlumat yayıb.
Mbappenin klublararası dünya çempionatında “Əl-Hilal”la qarşılaşma öncəsi özünü pis hiss etdiyini, yalnız meyvə ilə qidalandığını və su içdiyini yazıb. Həmçinin, infeksiya riskinə qarşı hücumçu komanda yoldaşlarından təcrid olunub.
Xatırladaq ki, Mbappe cümə axşamı, iyunun 19-da xəstəxanaya göndərilib. Həmin axşam 26 yaşlı hücumçu kluba qayıdıb. Mətbuatda futbolçunun Klublararası Dünya Çempionatında “Əl-Hilal”la oyun (1:1) ərəfəsində özünü pis hiss etdiyi bildirilib. Futbolçunun yalnız meyvə yediyi və su içdiyi vurğulanıb. O, digər komandalardan da təcrid olunmuşdu.
Daha əvvəl Mbappenin iyunun 27-də baş tutacaq klublararası dünya çempionatının 3-cü turunun matçında "Zalsburq"la oynaya biləcəyi barədə məlumat yayılmışdı.