BAKI, 24 iyun. TELEQRAF
Şimali Atlantika Alyansı üzvlərinin Ukraynaya göstərdiyi hərbi yardım onların müdafiə xərclərinə hesablana bilər və bu, adətən ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatmalıdır.
Teleqraf xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.
Litva lideri deyib: "Ukraynaya yardım da təsdiqlənib. Diqqət etmək lazımdır ki, o 5 faizlik ÜDM rəqəminin bir hissəsi kimi nəzərə alınmalıdır".
Prezident bildirib ki, NATO-ya üzv ölkələrin müdafiə xərclərini artırmaq ambisiyaları əvvəlkindən qat-qat çoxdur. "Bu, Haaqa sammitinin ən mühüm nəticəsi olmalıdır".