EN

Rusiya milli mesajlaşma proqramı hazırlayır

Rusiya prezidenti Vladimir Putin ölkədə milli mesajlaşma proqramının yaradılması haqqında fərman imzalayıb. Putinin təsdiq etdiyi sənəd ölkənin hüquqi informasiya sistemində dərc olunub.

Buna uyğun olaraq, Rusiya milli mesajlaşma proqramı hazırlayacaq və onun ölkədə, xüsusən də dövlət qurumlarında geniş istifadəsini təmin edəcək.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi “WhatsApp” və “Telegram” kimi tətbiqlərdəki təhlükəsizlik zəifliyinə görə milli səviyyədə istifadə olunacaq mesajlaşma proqramı üzərində çalışdıqlarını açıqlamışdı.

Rusiya mətbuatında çıxan xəbərlərə görə, Çində “WeChat”a bənzəyəcəyi gözlənilən tətbiq, Rusiyanın VK şirkəti tərəfindən proqramlaşdırılan “Max” tətbiqi əsasında hazırlana bilər.

Hazırlanacaq milli mesajlaşma proqramının Rusiyada satılacaq yeni mobil telefonlara quraşdırılması və Rusiyanın dövlət qurumlarında əməliyyatlar üçün məcburi hala salınması gözlənilir.

Chosen
29
2
vaxt.az

3Sources