EN

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində yol qəzası qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan "İnfiniti" markalı avtomaşın qəfildən idarəetməni itirərək aşıb.

Sürücü yerindəcə ölüb. Hazırda həyatını itirən sürücünün kimliyi və qəzanın səbəbi araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
13
2
bizim.media

3Sources